Yuxarı

Makeyin qəfil ölümü ilə bağlı müəmma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makeyin qəfil ölümü ilə bağlı müəmma

Belarusun xarici işlər naziri Vladimir Makeyin bölgə üçün mürəkkəb və ağrılı proseslərin getdiyi bir zamanda qəfil ölümü bəzi müəmmalı versiyaları da gündəmə gətirib.

Axar.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Vladimir Makeyin hansı səbəbdən vəfat etdiyi, ümumiyyətlə, hər hansı bir xəstəliyi olub-olmaması barədə məlumat verilməyib. Çünki o, elə bu həftə Belarus nümayəndə heyətinin tərkibində İrəvanda keçirilən KTMT sammitində iştirak edib, bir gün əvvəl isə Vatikanın nümayəndəsi ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın "Belarus xarici işlər naziri Vladimir Makeyin ölümü ilə bağlı xəbərdən şoka düşdüyünü" söyləyib.

Qeyd edək ki, 2020-ci ilə qədər Rusiyanın kremlyönlü mediası və Teleqram kanalları Makeyi dəfələrlə Belarusla Qərb arasında münasibətləri düzəltmək, Rusiyanın maraqlarına ziyan vurmaqda ittiham edirdilər. Lakin Makey bununla bərabər Aleksandr Lukaşenkonun siyasətini ardıcıl şəkildə müdafiə edən bir adam kimi tanınıb.

Qərb ölkələrindən yalnız Kanada Vladimir Makeyə qarşı sanksiyalar tətbiq edib. Vəfat edən nazir ABŞ və AB-nin sanksiya siyahısında olmayıb.

Tarix
2022.11.27 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla