Yuxarı

Molla rejimi həbs etdiyi 17-18 yaşlı qızları… - Güneyli

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Molla rejimi həbs etdiyi 17-18 yaşlı qızları… - Güneyli

Hazırda İranda xalq kütləvi şəkildə etirazını Tehran rejiminə bildirmək üçün küçələrə çıxır. İnqilabdan sonra keçən 43 ildə də millət küçələrə çıxıb. Ancaq bu etirazları həmişə yalnız kişilər aparır, hakimiyyət də asanlıqla yatırırdı.

Bu sözləri Axar.az-a Güney Azərbaycanın milli-siyasi fəalı Eldar Güneyli İran aksiyalarını şərh edərkən deyib.

O, aksiyalarda iştirak edən qadınların etirazçıların böyük hissəsini təşkil etdiyinə diqqət çəkib:

“Bu gün meydanlarda olan qadınlar say etibarı ilə daha çoxdur. Bu isə məsələni fərqli müstəviyə keçirir. Qadınların etirazlara qoşulması oxun yaydan çıxmasına bənzəyir.

Hakimiyyət bu gün 17-18 yaşlı qızları, 14-15 yaşlı oğlanları həbs etdikdən sonra təcavüz edib, sonra sərbəst buraxır. Ona görə də gənclər həbsxanadan çıxdıqdan sonra intihar edirlər. Bu isə hazırki vəziyyətdə İran rejimində əxlaq deyilən anlayış, insani davranışın qalmadığını deməyə əsas verir. Xalq Tehran rejiminin bu kimi əməllərindən daha da hiddətlənir ki, nəticədə hakimiyyətin bu etirazları yatırma ehtimalı tamamilə tükənir. İndi xalqın sadəcə bir məqsədi var: daha az itki verməklə 43 illik təzyiqə, əsarətə son qoymaq”.

Tarix
2022.12.08 / 09:08
Müəllif
Aytac Araz
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla