Yuxarı

İran səfiri Almaniya XİN-ə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran səfiri Almaniya XİN-ə çağırıldı

İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, Möhsün Şikarinin edam hökmünün icrasından sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok dünən öz Tvitter səhifəsində bu məsələ ilə bağlı paylaşım edib.

“Möhsün Şikari hökumətə qarşı çıxdığı üçün vicdansız şəkildə məhkum olunub edam edilsə də, edam təhlükəsi xalqın azadlığa nail olmaq istəyini boğa bilməyəcək”, - o qeyd edib.

İranın Xarici İşlər Nazirliyi isə Avropa ölkələri rəsmilərinin bəyanatlarını İranın daxili işinə müdaxilə adlandırıb.

Qeyd edək ki, həbs edilən etirazçılara qarşı edam hökmlərinin sayı artıb. BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhman həbsdə olan 21 etirazçıya edam təhlükəsi olduğunu bildirib.

Tarix
2022.12.09 / 15:28
Müəllif
Kamran İsayev
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla