Yuxarı

Tailandda 60 günlük fövqəladə vəziyyət elan olunub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda son günlərdə baş verən zorakılıqlar hökuməti ölkədə 60 günlük fövqəladə vəziyyət elan etməyə vadar edib. Əsasən, paytaxt Banqkok və ətraf əyalətlərdə vəziyyət gərgin olaraq qalır.

Bir müddət əvvəl Banqkokda anti-hökumət nümayişləri zamanı iki partlayış törədilmiş, nəticədə 28 nəfər yaralanmışdı.

Baş nazir Yinqlak Şinavatranın istefasını tələb edən müxalifət fasiləsiz etiraz aksiyaları keçirəcəyini bildirib. Fəallar şəhərin müxtəlif bölgələrində barrikadalar quraraq hökumətə qarşı müqaviməti gücləndirib.

Müxalifət rəhbərliyi isə, ölkənin sabiq baş nazir Yinqlak Şinavatranın qardaşı Taksin Şinavatra tərəfindən idarə olunduğunu bildirir. 2006-ci ildə hərbi qüvvələr tərəfindən vəzifəsindən kənarlaşdırılan Taksin Şinavatra vəzifəsinən sui-istifadə edərək qanunsuzluğa yol verməkdə və bir neçə cinayətdə ittiham edilir. Müxalifət lideri Sutep Tauqsuban hakimiyyətin bu cür cinayətkarlar tərəfindən idarə olunmasına qarşı çıxır.

"Onların fövqəladə vəziyyət elan edərək bizə qarşı tədbirlər görməsi doğrudurmu? Gəlsinlər bizi həbs etsinlər. Sizdən qorxmuruq"

Müxalifət rəhbərliyinin sözlərinə görə, hökumət ölkədə fövqəladə vəziyyət elan etməklə komendant saatları tədbiq etməyi, şübhəliləri heç bir ittiham irəli sürmədən həbs etməyi, həmçinin, mediyanın fəaliyyətini məhdudlaşdırmağı planlaşdırır (Anspress).

Tarix
2014.01.22 / 09:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla