Yuxarı

SEPAH qərargahları məhv edilərsə... - Şereşevski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana xaricdən edilən hücumlar daxili müxalifətə rejimi sarsıtmağa kömək edə bilər, müasir şəraitdə bu mümkündür. Amma bu hücumların gedişatından çox şey asılıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Mixail Şereşevski İrana endirilən hava zərbələrinin etiraz aksiyalarına təsirini şərh edərkən deyib.

“Burada xaricdən hansı növ zərbələrin olacağı, hücumların mülki əhaliyə ziyan vurub-vurmaması çox mühümdür. İsraillilər və ya amerikalılar SEPAH-ın qərargahını məhv edərlərsə, bu yaxşı, zərbələrdən yaşayış məhəllələri, şəhərlər təsirlənirsə, bu, tamam başqa nəticəyə gətirib çıxarar. Bundan əlavə, İran daxilində kürd, bəluc və ya ərəb kimi ayrı-ayrı silahlı qruplar var. Onlar bu zərbələrdən öz məqsədləri üçün istifadə edə bilərlər”, - o bildirib.

Şereşevski qeyd edib ki, İranda əsasən iki etnik azlıq - kürd və bəluclar fəal şəkildə etiraz edirdilər:

“Lakin kürd etirazlarını yatırmaq üçün qanlı əməliyyatlardan sonra bu aksiyalar azaldı. Ancaq Sistan və Bəlucistan əyalətlərində hələ də böyük nümayişlər davam edir. Etirazların bu şəkildə azalması yalnız zahiridir, yəni aldadıcıdır. Rəy sorğularının məlumatlarına və müşahidə olunan əhval-ruhiyyəyə əsasən, iranlıların üçdə ikisindən çoxu etirazları dəstəkləyir. İrandakı rejim qanunsuzdur. İranlılar diktaturadan, polis repressiyasından, yoxsulluqdan, daim artan qiymətlərdən, ekoloji problemlərdən yorulublar. Tehranın yanlış idarəetmə və iqtisadi özünütəminat yoluna keçmə cəhdləri ucbatından çaylarda sular quruyur. Etnik azlıqlar ayrı-seçkiliyə etiraz edirlər. Və bu, əhalinin üçdə biri, hətta yarısıdır. Tez-tez tətillər baş verir: işçilər iş şəraitindən və müvəqqəti işə keçiddən, habelə inflyasiyanın artması səbəbindən daim azalan əmək haqlarından narazıdırlar. Onlar iqtisadi tələblər irəli sürürlər, lakin bəzən siyasi xarakterli etirazlara qoşulur və “Diktaturaya ölüm!” şüarları səsləndirirlər. Rejim tez-tez tətil edənləri həbs edir, tətilçiləri mühakimə edir”.

Politoloq vurğulayıb ki, İranın hakim təbəqəsi - dövlət şirkətlərinə varlanma mənbəyi kimi baxan yüksək vəzifəli məmurlar, din xadimləri, SEPAH-ın təhlükəsizlik qüvvələri və onlarla əlaqəli milyonçular iqtisadiyyatı idarə etməkdə çox səmərəsizdirlər:

“Üstəlik, onlar iqtisadi vəziyyəti daha da gərginləşdirən sanksiyaların ləğvinə nail ola bilməyiblər. Bu təbəqə təcrid olunub - bütün digər sosial qruplar onlardan üz döndərirlər. İranlıların əksəriyyəti repressiya təhlükəsi üzündən hələ də küçələrə çıxmır. Amma onlar da sistemdən yorulublar. Yeri gəlmişkən, İranda ömürlük və demək olar ki, mütləq hakimiyyətə malik olan Ali rəhbər Əli Xameneinin rejimi və ona sadiq təhlükəsizlik qüvvələri qeyri-rəsmi olaraq “sistem” (farsca “nezam”) adlanır. Bir çoxları artıq açıq şəkildə hakimiyyəti işğalçı kimi qəbul edir. Məsələn, Qətərdə keçirilən dünya çempionatında milli futbol komandasının məğlubiyyətinə bir çox iranlı sevinirdi. Etiraz hərəkatının zəif tərəfi möhkəm strukturun, rejimin qüvvələrini əvəz etməyə və müstəqil qayda-qanun yaratmağa qadir olan alternativ hakimiyyətin olmamasıdır. Aydın şəkildə müəyyən edilmiş məqsədlər yoxdur. Etirazçılar sosial media vasitəsilə təcrid olunmuş nümayişlər üçün kortəbii şəkildə toplaşmağa davam edir. Bununla belə, iddia etmək olar ki, bütövlükdə bu hərəkat nisbətən desək, demokratik xarakter daşıyır. İnanıram ki, rejim daha çox iqtisadi çətinliklər və siyasi böhranlarla üzləşdikdə etirazlar yenidən alovlanacaq”.

Tarix
2023.02.01 / 12:47
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Rusiya Ukraynada kritik obyektləri vurdu

ABŞ-da güclü partlayış: ölənlər var - Video

Türkiyədə yenidən zəlzələ oldu

Şoyqu, Lavrov məsuliyyətə cəlb edilməlidir - Kuleba

Ukraynasız Avropa təhlükədə olacaq - Litva

Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

İvanişvili oliqarxdır, onun təsiri var - Zurabişvili

ABŞ və İran qüvvələri arasında şiddətli döyüş gedir - Video

Zalujnı britaniyalı admirallara danışdı: Çətin vəziyyət...

AKP-dən böyük təklif: 15 milyona şamil ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla