Yuxarı

Piloyan “milli qəhrəman” adından məhrum ediləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piloyan “milli qəhrəman” adından məhrum ediləcək

Sualınızı başa düşə bilmirəm: sabiq müdafiə naziri Seyran Ohanyana qarşı “əməliyyat” keçirtmək nə deməkdir?

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan hərbi hissələrin balansındakı torpaq sahələrinin Ohanyanın müdafiə naziri olduğu dövrdə satılmasının yalan olduğunu şərh edərkən deyib.

“Kimin kimə hansı titullar verməsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Biz hamımız, o cümlədən siz və mən qanun qarşısında bərabərik”, - o bildirib.

Jurnalist hakim partiya tərəfindən qəhrəman adına layiq görülmüş keçmiş FHN rəhbəri Andranik Piloyanın hazırda həbsdə olduğunu xatırldanda isə Simonyan belə cavab verib:

“Düşünürəm ki, onu titulundan məhrum etməyin və “milli qəhrəman” adının verilməsi institutuna yenidən baxmağın vaxtı çatıb. Başa düşmək lazımdır ki, barəsində məhkəmə hökmü çıxarılan insanlar qəhrəman olaraq qalmamalıdır”.

Xatırladaq ki, Andranik Piloyan 2020-ci il 44 günlük müharibə zamanı “milli qəhrəman” adına layiq görülüb.

Tarix
2023.02.07 / 17:51
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla