Suriyada hərbi əməliyyatları intesivləşdirdik və
hücumların sayını iki dəfə artırdıq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey
Şoyqu toplantı zamanı Vladimir Putinə hesabatında deyib.
O bildirib ki, Rusiyanın hərbi hava qüvvələri Hələb və İdlib
şəhərində terrorçuların mövqelərinə ardıcıl zərbələr endirib:
"İŞİD-in 140-a yaxın hədəfini məhv etmişik. Suriyanın şimalında
40 qəsəbəni onlardan geri aldıq".
Baş Qərargah rəisi Valeri Gerasimov isə qeyd edib ki, rus
qırıcları 24 saat ərzində Suriyada 2.300-dən çox uçuş həyata
keçirib.
Öz növbəsində Vladimir
Putin də hərbi əməliyyatların Rusiyanı qorumaq məqsədilə təşkil
edildiyini bildirib. O, donanma
qüvvələrinə Fransanın hərbi gəmiləri ilə birlikdə hərəkət etmək
barədə təlimat verib.
Toplantı zamanı bildirilib ki, İŞİD mövqeləri Aralıq dənizindən kalibr raketləri ilə vurulub.