Yuxarı

Erməni səfirin Ukrayna sərgüzəşti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni səfirin Ukrayna sərgüzəşti

Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan bu ölkədə korrupsiya qalmaqalı yaradıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, meşə resursları agentliyinin keçmiş rəhbərinin arvadının evi səfirliyin iqamətgahı olaraq göstərilib. Belə ki, Kiyevin Peçerski rayonunun Muçirin küçəsindəki evin qarşısına "Ukraynada Ermənistan səfirliyinin iqamətgahı" lövhəsi asılıb. Halbuki, mülki haqların reyestrində bu evin kirayə verildiyi, yaxud satıldığına dair heç bir qeyd yoxdur.

Vyana konvensiyasına görə, səfirin iqamətgahı toxunulmazdır. Məlumatlara görə, bu lövhədən istifadə edən meşə resursları agentliyinin keçmiş rəhbərinin arvadı Sivsa Marina toxunulmazlığını təmin edir və bu işi, erməni səfirlə əlbir həyata keçirdir.

Sivsa Marinanın əri keçmiş prezidenti Yanukoviçə yaxın olub. O, Rusiyaya qaçandan sonra ailə də Moskvaya köçüb. İndi Marinanın Ukraynadakı biznesini idarə etmək üçün vaxtaşırı "Ermənistan səfirinin iqamətgahı" lövhəsi asılan evindən istifadə etdiyi deyilir. Buna görə erməni diplomata külli miqdarda rüşvət verildiyi haqda informasiyalar var.

Qeyd edək ki, bu ilin iyun ayında ortaya çıxan məlumatlar da Ukraynadakı erməni səfirin kriminal avtoritetlərlə əlaqədə olduğunu göstərirdi. Belə ki, rəsmi Kiyev səfirlik tərəfindən diplomatiyaya aidiyyəti olmayan şəxslərə diplomatik avtomobil nömrələri verilməsindən ciddi narahatlıq keçirdiyini birbaşa səfirin diqqətinə çatdırıb. Məlum olub ki, səfir Manukyan kriminal avtoritetlərə diplomatik nömrələr verirmiş və bundan istifadə edən avtoritetlər müxtəlif qanunsuzluqlarını, şübhəli yüklərin bir regiondan digər regiona daşınmasını ört-basdır edirmişlər.

Tarix
2015.11.21 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla