Yuxarı

Putinə həbs qərarı: Tarixdə ilk dəfədir ki... - Matviyçuk

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinə həbs qərarı: Tarixdə ilk dəfədir ki... - Matviyçuk

Tarixdə ilk dəfədir ki, Beynəlxalq Cinayət Məhkəməsi nüvə gücünün və BMT TŞ-nin daimi üzvü olan dövlətin rəhbərinə qarşı həbs orderi çıxarır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi təşkilatının rəhbəri Aleksandr Matviyçuk bildirib.

Matviyçuk Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsinə order verməsini görünməmiş cəsarətli addım adlandırıb. Onun sözlərinə görə, bu, o deməkdir ki, Putinə “hərbi cinayətkar olduğu” haqda ittiham irəli sürülüb.

Buna baxmayaraq, o, Beynəlxalq Cinayət Məhkəməsində qiyabi məhkəmə prosesi aparılmadığını vurğulayıb:

“Putin gec-tez yaxşı vəkillər axtarmalı və Beynəlxalq Cinayət Məhkəməsində özünü müdafiə etməli olacaq. Təəssüflər olsun ki, qiyabi məhkəmə prosesi yoxdur, ona görə də onun məhkəmədə olması lazımdır, bundan sonra onun bəzi prosessual məsələlərə etiraz etmək imkanı olacaq”.

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Tarix
2023.03.19 / 10:11
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Efiopiya baş nazirini təbrik etdi

Azərbaycan xalqının milli azadlıq iradəsi... – Qafarov

Nikol yenidən seçilmək üçün tam dəstəyimə malikdir - Tramp

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla