Yuxarı

Bu istiqamətdə ruslar zəifdir, Kiyev hücum etsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu istiqamətdə ruslar zəifdir, Kiyev hücum etsə...

Xerson vilayətinin sol sahilində işğal olunmuş ərazinin geri qaytarılması Krımın işğaldan azad edilməsi üçün əsas şərtlərdən biridir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Valeri Ryabıx bildirib.

O vurğulayıb ki, Rusiya Ukraynanın şərqində qüvvələri cəmləyib və əsas qoşunlarını orada saxlayır:

"Eyni zamanda, cənub istiqamətində düşmən müdafiəni qurmağa çalışır, lakin bu müdafiənin özü və orada istifadə olunan qüvvə və vasitələrin konfiqurasiyası onu göstərə bilər ki, rusların özləri bu ərazini uzun müddət saxlamaq niyyətində deyillər".

Ryabıxın fikrincə, rusların bu addımı həm ərazinin fiziki-coğrafi xüsusiyyətləri, həm də bu ərazini tutmaq qabiliyyəti ilə bağlıdır. Bu istiqamət ruslar üçün ən həssas istiqamətlərdən biridir:

"Xerson və Zaporojye vilayətlərinin təmas xətti arasında, Azov dənizinin sahilində yerləşən bu lokallaşdırılmış ərazi düşmənin dərin arxa cəbhəyə malik olmasına imkan verməyən, atəşə tutula bilən bir məkandır. Ona görə də bu istiqamətdə Ukrayna qoşunlarının irəliləməsi çox az müqavimətlə qarşılaşacaq".

Tarix
2023.05.05 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla