Yuxarı

ABŞ şokda: Kaliforniyada İŞİD-in laboratoriyası - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ şokda:  Kaliforniyada İŞİD-in laboratoriyası - Video

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) bombaların istehsal olunduğu laboratoriyanı tapıb.

Publika.az "Röyter" agentliyinə istinadən xəbər verir ki, laboratoriya Kaliforniya ştatının San-Bernardino şəhərində 14 insanı güllələyən ər-arvadın - Sayed Rizvan Faruk və Taşfin Malikin evində aparılan axtarışlar nəticəsində aşkarlanıb.

FTB-nin Los-Anceles bölməsinin direktor müavini Devid Bouiça laboratoriyada 19 ədəd əldəqayırma partlayıcı qurğunun tapıldığını bildirib. FTB-nin nümayəndəsinin sözlərinə görə, istintaq terror aktının kimlərin göstərişi ilə həyata keçirildiyini hələ müəyyənləşdirə bilməyib.

Xatırladaq ki, terror aktı dekabrın 2-də baş verib. İki avtomat və iki tapança ilə silahlanan ər-arvad 14 nəfəri öldürüb, 21-i isə yaralayıb. Onlar hadisədən bir neçə saat sonra polislə atışmada öldürülüb.

Taşfin Malik terror aktından bir neçə saat əvvəl Feysbuk səhifəsində İŞİD terror qruplaşmasına dəstəyini ifadə edib.

Tarix
2015.12.08 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla