Yuxarı

İranda qadınları buna məcbur edə bilmirlər - Cəfəri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda qadınları buna məcbur edə bilmirlər - Cəfəri

Tehranın varlı xanımları etirazlardan əvvəl də hicab qaydalarına tam əməl etmirdilər. Eləcə də Təbriz və digər böyük şəhərlərdə qadınlar məcburi hicaba boyun əymək istəmirdilər.

Bu sözləri Axar.az-a güneyli şairə və milli fəal Şərifə Cəfəri İranın hökumət nümayəndələrinin hicabsızlığın artması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, etirazlardan sonra hicabdan imtina halları daha da artıb:

“Etirazlardan sonra vəziyyət daha da dəyişdi. Qorxan insanlar cəsarətləndilər. Odur ki, hicab geyinməyənlərin sayı hazırda artıb. Ancaq dini inacı yüksək olan kəsim hicab qaydalarına tam şəkildə əməl edir”.

Hazırkı prosesin geridönüşü olmadığını bildirən Cəfəri İranda xanımların azadlıq istədiklərini diqqətə çatdırıb:

“Qadınlar əsla geri çəkilməyəcəklər. Daha mümkün deyil, o tabu sındı. Zorla, məcburən başlarını örtür, buna görə özlərini basqı altında, əsarətdə hiss edirdilər. Bilirik ki, İran hakimiyyətinin siyasəti basqı üzərində qurulub. Bu basqı isə qadınları qəzəbləndirir. Ola bilsin zahirdə sussunlar, amma batində etiraz güclənir, insanların hakimiyyətə nifrəti getdikcə artır”.

Qeyd edək ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah aksiyalardan sonra hicab geyinməyən qadınların sayında 2 dəfə artım olduğunu bildirib.

Tarix
2023.05.31 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla