Ana səhifə Planet |
Rusiya müdafiə naziri Sergey Şoyqunun komandası etiraf edib ki, rus komandirləri əsgərləri soyur.
Axar.az xəbər verir ki, bu barədə rus mediası Priqojinin üsyanından sonra nazirliyin təşəbbüsü ilə irəli sürülmüş “Hərbi qulluqçunun statusu haqqında” qanun layihəsinə istinadən məlumat yayıb.
“Yazılı izahatda Şoyqunun tabeliyində olanlar etiraf edirlər ki, orduda sistemli pul tələbləri, hərbi qulluqçuların hüquqlarına əməl edilməməsi, onların uyğun olmayan saatlarda işə cəlb edilməsi və digər sui-istifadə halları baş verir. Qeyddən belə çıxır ki, (orduya xərclərin kəskin artmasına baxmayaraq) hələ də kifayət qədər pul yoxdur. Rus komandirləri də maddi-texniki təchizat üçün, yəni avadanlıq və silahların təmiri və dəyişdirilməsini əsgərlərin hesabına həyata keçirirlər. Nəticədə kadrların mənəvi, siyasi və psixoloji vəziyyəti aşağı düşü, onlar vaxtından əvvəl xidmətdən uzaqlaşırlar”, - məlumatda bildirilib.
Sənəd cəbhədən gələn əsgərlərin daimi şikayətlərini mahiyyətcə təsdiq edir:
“Əsgərlərdən cəbhə xəttinə getməmək üçün ayda 100 min rubl ödəniş tələb olunur. Məzuniyyət rüşvət vasitəsilə və ya yuxarı rəhbərliyin xüsusi yaxınlarına verilir. Əsgərlər çox vaxt yeməksiz və dərmansız qalırlar”.
Tarix
2023.07.07 / 17:28
|
Müəllif
Zeynəb Əkbər
|