Yuxarı

Avropada rus qazını ən çox bu ölkə alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada rus qazını ən çox bu ölkə alır

Avropada rus qazının əsas alıcıları Fransa, Macarıstan və İspaniya olub. Həmçinin qazı idxal edən ölkələr arasında İtaliya, Yunanıstan, Slovakiya və Belçika da var. Ümumi idxalın yarısından çoxu məhz bu ölkələrin payına düşüb.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” Avrostatın məlumatlarına istinadən yazıb.

Məlumata görə, 2024-cü ildə Avropa Birliyi Rusiyanın mavi qazını 9 milyard avroya alıb. Bu dövrdə boru kəməri ilə gedən qaz əsas ixrac növü olub.

Qeyd olunur ki, boru kəməri ilə nəql olunan qazın dəyəri 4,6 milyard avro, maye qazın idxalı isə 4,4 milyard avro təşkil edib. Ən böyük alıcı Fransa olub. Bu ölkə yanvardan avqustadək 1,9 milyard avroluq Rusiya qazı alıb. Fransa bu il rus qazının tədarükünü 30% artıraraq Macarıstanı bu göstəricidə geridə qoyub.

İkinci və üçüncü yerlərdə Macarıstan (1,6 milyard) və İspaniya (1,4 milyard avro) yer alıb. İtaliya (1,3 milyard), Yunanıstan (919 milyon), Slovakiya (800 milyon) və Belçika da (709 milyon) rus qazı alan Avropa ölkələri siyahısındadır.

Tarix
2024.11.15 / 15:02
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla