Yuxarı

ABŞ İsraildən Dəmir Qübbə alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrail istehsalı olan 3 ədəd Dəmir Qübbə hava hücumundan müdafiə sistemi batareyası almağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin Tender İdarəetmə Sisteminin (SAM) internet saytında dərc olunub.

Açıqlamada Dəniz Piyadaları Korpusunun Dəmir Qübbə hava hücumundan müdafiə sistemi batareyasının alınmasının təfərrüatı paylaşılıb.

Dəniz Piyadaları Korpusu 2022-ci ilin iyul və oktyabr aylarında Dəmir Qübbə hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmişdi. ABŞ Quru Qoşunları Komandanlığı 2019-cu ilin fevralında İsraildən məhdud sayda Dəmir Qübbə hava hücumundan müdafiə sistemləri alacağını açıqlamışdı.

İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən və 2011-ci ildən İsrail ordusunun inventarında olan Dəmir Qübbə sistemi yaxın mənzilli raketlərə qarşı istifadə edilir.

Tarix
2023.08.27 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra... - Prezident

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla