Yuxarı

ABŞ Polşadan Ukrayna ilə bağlı izahat tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Polşadan Ukrayna ilə bağlı izahat tələb etdi

ABŞ Polşadan Kiyevə dəstəyin dayandırılması ilə bağlı izahat tələb edib.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi yüksək rütbəli Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən avropalı rəsmi isə qeyd edib ki, Kiyev və Varşava arasındakı fikir ayrılıqları Ukraynanı dəstəkləyən alyansda “çatlara” səbəb olmayıb. Bununla belə, Polşanın ukraynalıları dəstəkləməkdə konkret mövqeyi qeyri-müəyyən olaraq qalır.

Avropalı diplomatın sözlərinə görə, Polşa rəsmiləri xarici həmkarlarını əmin ediblər ki, Varşava Ukraynaya daha ​​az həcmdə də olsa, hərbi dəstək verməyə davam edəcək. O vurğulayıb ki, Varşavadan hərbi dəstəyin tamamilə dayandırılması NATO birliyini poza bilər.

Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoyub. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib.

Polşa baş naziri isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.

Tarix
2023.09.23 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla