
Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı
21:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez, həyat yoldaşı və daha iki nəfər bu gün keçirilən məhkəmədə sərbəst buraxılıb.
Axar.az xəbər verir ki, onlar girov müqabilində azadlıqda qala biliblər.
Qeyd olunur ki, Menendezdən 100 min, həyat yoldaşından isə 250 min dollar girov qoyulması tələb olunub. Onlar səyahət məhdudiyyətlərinə məruz qalıblar. Xüsusilə, senatorun xaricə yalnız rəsmi işləri ilə getməsinə icazə verilir.
Cütlük şəxsi pasportlarını təhvil verməlidir. Onlar məhkəməyə qədər nəzarət altındadırlar.
Növbəti iclas oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, Nyu Cersi demokratı korrupsiyada, o cümlədən Misir hakimiyyətinə külli miqdarda rüşvət verməkdə və iş adamlarına cinayət işini dayandırmağa kömək etməkdə ittiham olunur.
Tarix
2023.09.27 / 22:38
|
Müəllif
Axar.az
|