Yuxarı

Türkiyə hələ təsdiqləməyib, NATO isə hazırlaşır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq üzv ölkələrə məktub göndərərək, İsveçin noyabrın sonuna qədər bloka qəbul olunmasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Məlumata görə, Stoltenberq NATO xarici işlər nazirlərinin 28-29 noyabrda keçiriləcək iclasından əvvəl İsveçin alyansa qoşulmasının tərəfdarı olduğunu deyib.

“Şimali Avropanın ən böyük ölkəsinin NATO-ya daxil olması o deməkdir ki, Baltik dənizi ilə həmsərhəd olan 9 ölkədən 8-i blokda olacaq və yalnız Rusiya kənarda qalacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu üçün bütün üzv ölkələrin mütləq razılıqları lazımdır. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üçün sənədi imzalayaraq, parlamentə göndərib.

Sənəd Türkiyə Böyük Millət Məclisində hələ müzakirəyə çıxarılaraq, ratifikasiya olunmayıb.

Tarix
2023.10.24 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla