Yuxarı

Ermənistanda iqtisadi sıçrayış: nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 68.8 faiz artaraq, 14.1 milyard dollara çatıb. İxrac isə 77.7 faiz artaraq 5.3 milyard dollar olub. Bu, Ermənistanın son illər tarixində rekord artımdır və səbəb də təbii ki, Rusiya-Ukrayna müharibəsidir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Ermənistan bir sıra Rusiya məhsullarını ixrac edərək sanksiyalardan yayınmağa və daha çox gəlir əldə etməyə nail olub:

“Aylar üzrə müqayisə göstərir ki, artımın əhəmiyyətli hissəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı dövrə təsadüf edib. Bu isə artım səbəblərinin re-eksport ilə bağlı olduğunu bir daha təsdiq edir.

Luys Fondunun hesablamalarına görə, Ermənistan ixracatının ən azı 24.8 faizi (1.3 milyard dollar) re-eksportdur və bunsuz həmin ölkənin ixracatı indikindən 2 dəfə az artardı. Mənzərə aydındır: re-eksport və sanksiyalardan yayınmaq. Təəssüf ki, bir sıra aparıcı ölkələr bu reallığı da görmək istəmirlər”.

Qeyd edək ki, Ermənistanda bu il adambaşına düşən ÜDM-nin kəskin artdığı və Azərbaycanı qabaqlayacağı gözlənilir. “Galt & Taggart” investisiya şirkətinin hesablamalarına görə, ilin sonuna qədər Gürcüstanda adambaşına düşən ÜDM 8108 dollar, Ermənistanda 7885 dollar, Azərbaycanda isə 7530 dollar təşkil edəcək.

Tarix
2023.12.05 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla