Yuxarı

İllarionov: “Kreml şiə alyansı yaradır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İllarionov: “Kreml şiə alyansı yaradır”

İran Səudiyyə Ərəbistanı kimi böyük neft istehsalçısı deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Vladimir Putinin eks-məsləhətçisi Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Rusiyanın əsas məqsədlərindən biri Yaxın Şərqdə şiə alyansının dəstəklənməsidir:

"Rusiya, İran, Suriya və Hizbullah arasında formalaşmış geosiyasi ittifaqın sünni ölkələrinə qarşı uzunmüddətli strategiyası dünya energetika bazarına təsir üçün ən yaxşı vasitə ola bilər. Ona görə də Tehranın sanksiyalardan azad olunması hazırkı Rusiya hakimiyyəti üçün ciddi problemlər yaratmır. Əksinə, bu amil dünya neft bazarı və iqtisadiyyatına uzunmüddətli problem yarada bilər. Suriyada müharibəyə girərkən Kremlin bir neçə hədəfi vardı. Hətta indiki vəziyyətdə belə biz bu məqsədlərin heç də hamısını bilmirik. Amma onlardan bəziləri artıq bəllidir. Hədəflərdən biri şiə alyansının dəstəklənməsidir. İkincisi isə Rusiya ordusunun bölmələrinin Yaxın Şərqdə yerləşdirilməsini təmin etməkdir. Tarixdə ilk dəfə bu, açıq və leqal formada həyata keçirildi. Hazırda Rusiyanın Suriyada ordu yerləşdirməsi ilə bağlı əlində razılaşması var və bu ona hərbi əməliyyatlarını genişləndirməyə imkan verir. Bu əməliyyatlar həm Suriyaya, həm də onun xaricindəki dövlətlərə aiddir. Beləliklə, Moskva regiondakı situasiyalara təsir etmək üçün güclü imkan əldə edir. Rusiyanın burada ordu yerləşdirməsinin nəticələrindən biri Suriya ilə Yaxın Şərqdə ciddi hərbi-siyasi və geosiyasi dəyişikliyin yaranması oldu. Hamıya bəllidir ki, ABŞ 4 il ərzində Bəşər Əsədin Suriya rəhbərliyindən getməsi üçün təkid etdi. Bu onların prinsipial mövqeyi kimi görünürdü. Rusiyanın buraya müdaxiləsindən sonra ABŞ bu mövqeyini dəyişməli oldu. İndi onlar Əsədin dərhal hakimiyyətdən getməsini istəmirlər. Bununla da ABŞ-a ciddi siyasi və mənəvi zərbə vuruldu. Vaşinqtonun müttəfiqləri artıq sual verməyə başlayıblar ki, Ağ Evin hazırkı rəhbərliyinə nə dərəcədə güvənmək olar? Rusiyanın Suriyadakı hərbi mövcudluğu həm Yaxın Şərq, həm də bütün dünyadakı qüvvələrin geosiyasi vəziyyətində korrektələrə səbəb oldu".

Tarix
2016.01.27 / 23:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla