Yuxarı

ABŞ seçkilərində gözlənilməz namizəd uğurla başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Nyu Hempşirdəki seçkilərdə qazandığım qələbə Vol Strit və Vaşinqtona mesajdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Berni Sanders söyləyib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti varlılara yox, xalqa məxsusdur.

Qeyd edək ki, Nyu Hempşirdə baş tutan seçkilərdə hələlik bülletenlərin 68%-i sayılıb. Sayılan bülletenlərə əsasən, Sanders ümumi seçicilərin 60%, Klinton isə 39%-nin səsini toplayıb.

Sanders ABŞ-da özünün demokrat sosialist adlandıran yeganə senatordur. Sol baxışları ilə seçilən senator həm də idarəetmədə Skandinaviya sosial-demokrat modelinin tərəfdarıdır. Sanders həmçinin ABŞ Konqresində uzun müddət yer alan senatorlar içərisində rekordsmen hesab edilir. Siyasətçinin məhz sola meyllənməsi və ölkədə islahatlarla bağlı sərt çıxışları Sandersin ABŞ cəmiyyətində tərəfdarlarının sayını artırıb. Bəzi ekspertlər isə məhz bu seçkilərdə ABŞ prezidentliyi uğrunda əsas mübarizənin bir-birinə tam əks mövqedə dayanan Berni Sanders və Donald Tramp (Respublikaçılar Partiyası – red.) arasında olacağını iddia edirlər. Belə ki, Ayova ştatında Ted Kruza məğlub olan radikal siyasətçi Tramp Nyu Hempşirdə liderliyi yenidən əlinə keçirib.

Vol Strit Nyu York şəhərində yerləşir. Məhz bu ərazi dünyanın aparıcı maliyyə nəhənglərinin baş qərargahı hesab edilir. Bəzi ekspertlər burada yerləşən qurumların dünya iqtisadiyyatına birbaşa təsir edərək, onu yönləndirdiklərini iddia edirlər.

Tarix
2016.02.10 / 15:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla