Yuxarı

Ukrayna da Saakaşvili ilə bağlı məxfi araşdırma başlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Daxili İşlər Nazirliyi Saakaşvilinin Ukrayna ordusunun mövqelərini ziyarət etməsi faktını araşdırır.

Axar.az xəbər verir ki, bunu "Novaya qazeta"ya açıqlamasında Donbas əməliyyatlarını həyata keçirən qərargahın sözçüsü Andrey Lısenko söyləyib. Onun sözlərinə görə, Saakaşvilinin Ukraynanın hərbi mövqeləri ilə bağlı yaydığı videoya görə Hərbi Prokurorluqda iş başladılıb və məxfi araşdırma aparılır:

"Saakaşvilinin yaydığı videoda məxfi informasiya açılır. Bu, Ukrayna mövqelərinin tam verilməsi deməkdir. Artıq kadrlarda görünən hərbçilərə qarşı təhdidlər gəlməyə başlayıb. İndi onları oradan geri götürmək lazımdır".

Qeyd edək ki, yanvar ayında Saakaşvili öz Feysbuk səhifəsində Mariupol rayonunda yerləşən "Ştorm" batalyonunu ziyarət etməsi ilə bağlı görüntlərini paylaşıb. Burada hökuməti kəskin tənqid edən siyasətçi Kiyevin indiyə qədər ordunun vəziyyətinin yaxşılaşdırması üçün heç bir addım atmadığını söyləyib. Kadrlarda həmçinin bir neçə xəritə və döyüşçülərin simaları yer alıb.

Tarix
2016.02.11 / 10:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla