Yuxarı

Faynənşl Tayms: "Suriya iki yerə parçalanacaq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faynənşl Tayms: "Suriya iki yerə parçalanacaq"

Almaniyanın Münhen şəhərində dünya liderləri Suriyada müharibənin dayandırılması üçün razılıq əldə etdilər. Lakin Qərb diplomatlarının və xüsusi xidmət orqanlarının imzaladığı bu razılıq Suriyaya sülh gətirmək əvəzinə bu ölkəni iki yerə parçalayacaq.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti yazıb.

Adı açıqlanmayan kəşfiyyat nümayəndəsi nəşrə açıqlamasında da Suriyanın iki cəbhəyə ayrıldığını təsdiqləyib:

"Bombaların hara atıldığına nəzər yetirməmiz kifayətdir. Son iki ayda cərəyan edən hadisələrə baxanda görə bilərik ki, Suriyada iki cəbhə formalaşıb. Bir cəbhə Vaşinqton, digəri isə Moskva tərəfindən idarə edilir. Əməliyyatlar tərəflər arasında bölünüb. Sual isə belədir: "Bu, belə də davam edəcəkmi?"

Qeyd edək ki, Almaniyanın Münhen şəhərində Rusiya və ABŞ rəsmiləri Suriyada atəşkəsin təmin edilməsi üçün razılıq əldə ediblər.

Razılaşma nəticəsində Suriyadakı müxalif qrupların fəaliyyətinə sərbəstlik verilib. Həmçinin humanitar yardımlarla bağlı yeni qərarlar qəbul olunub.

Tarix
2016.02.15 / 19:40
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla