Yuxarı

Ukrayna baş naziri sərhəddə gözlədi, polyaklar gəlmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna baş naziri sərhəddə gözlədi, polyaklar gəlmədi

Polşa hakimiyyətinin nümayəndələri Ukrayna baş naziri ilə iki ölkə sərhədində nəzərdə tutulan görüşə gəlməyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal özü Teleqram hesabında məlumat verib.

“Bir ay əvvəl biz razılaşdıq ki, sərhədi bağlamaq ölkələrimizə zərər verir və bu cür hadisələrin qarşısının alınması vacibdir. Aradan bir ay keçdi və yenidən bu vəziyyətə qayıtdıq. Yalnız indi biz açıq-aşkar təxribatları görürük”, - deyən Şmıqal bir ay əvvəl Polşa Baş naziri Donald Tuskun Polşanı Ukraynanın ən etibarlı və ən mühüm müttəfiqi adlandırdığını xatırladıb.

Onun sözlərinə görə, görüşə müavinləri Olqa Stefanişina və Aleksandr Kubrakov, daxili işlər naziri İqor Klimenko, kənd təsərrüfatı naziri Nikolay Solski, xarici işlər nazirinin müavini Yevgeni Perebiynis, iqtisadiyyat nazirinin müavini Taras Kaçka, infrastruktur nazirinin müavini, İnfrastruktur şöbəsinin rəhbəri Sergey Derkaç, Dövlət Sərhəd Xidmətinin rəhbəri general Sergey Deyneko və gömrük rəisi Sergey Zvyagintsev ilə gedib.

İddiaya görə, Polşa hakimiyyəti sərhəddə görüşə “təhlükəsizlik səbəbindən” gəlməyib.

Tarix
2024.02.23 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla