Yuxarı

İranda seçici fəallığı antirekorda imza atdı - İnanılmaz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda keçirilən parlament seçkilərində seçici fəallığı rekord səviyyədə aşağı olub.

Axar.az xəbər verir ki, Rusiya mediası İran Dövlət Seçki Mərkəzinin məlumatlarına əsasən Tehranda seçici fəallığının cəmi 23,5%, ölkə üzrə isə təxminən 38% ola biləcəyini yazıb.

Belə ki, səsvermə hüququ olan 61 milyon İran vətəndaşından cəmi 25 milyonu seçkiyə gedib.

Qeyd edək ki, ötən gün baş tutan parlament və Ekspertlər Məclisinə seçkilərdə səsvermə müddəti 18:00-dan gecə yarısına qədər – 6 saat uzadılsa da, seçici aktivliyini artırmaq mümkün olmayıb.

Xatırladaq ki, İranda seçkiləri boykot etmək üçün çoxsaylı müraciətlər yayılmışdı. Hakimiyyət isə seçici fəallığı ilə “düşmənlərə” cavab veriləcəyini bildirirdi.

Azərbaycanlı milli fəallar da yalnız bir neçə şəhərdə başqa etnik qrupun nümayəndəsinin deputat olmasının qarşısını almaq üçün seçkilərə gedilməsi, digər ərazilərdə isə tam boykot olunmasını istəmişdilər.

Tarix
2024.03.02 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək

Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

2 ayda 3 konsert: Real Ermənistanda bayramdır - Paşinyan

29 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... - Foto

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla