Yuxarı

Türkiyə “Atmaca”nı uğurla sınaqdan keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Administrasiyasının nəzdindəki Müdafiə Sənayesi İdarəsi yerli mühərrikli yüksək dəqiqliyə malik “Atmaca” (“Şahin”) raketinin uğurla sınaqdan keçirildiyini elan edib.

Axar.az xəbər verir ki, “Kale Ar-Ge” Mərkəzinin TJ-3200 turbojet mühərriki ilə təchiz edilmiş raket hədəfi dəqiqliklə vura bilib.

Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün raket sınaqlarına töhfə verən şirkətləri təbrik edərək, idxalın yerli məhsulla əvəz edilməsinin Türkiyənin maraqları üçün əhəmiyyətli olduğunu vurğulayıb.

“Yerli mühərriklərlə təchiz edilmiş hərbi təyinatlı qurğularımız daha səmərəli olur. Türkiyənin hərbi-sənaye kompleksi idxal asılılığından tamamilə imtina etmək məqsədinə yaxınlaşır. Bütün bunlar döyüş meydanında qaydaların dəyişməsinə səbəb olacaq”, – Görgün bildirib.

“Roketsan” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan yüksək dəqiqlikli “Atmaca” anti-gəmi raketi 220 km məsafədə hədəfi vura bilir.

220 kq-lıq döyüş başlığı olan “Atmaca” raketi korvetlərdə, friqatlarda və esmineslərdə də quraşdırıla bilər.

Tarix
2024.03.11 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Asim Munirə Azərbaycanın hərbi medalı təqdim edildi

Paşinyan inqilabi dönüş yaratdı - Şmuleviç

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Bakı ilə İrəvan arasında razılaşma... – Pakistan prezidenti

Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır - Foto

Zəngəzurda Rusiya sərhədçilərinin olması... - Moskva

Vahid Əhmədov Sadıqovla bağlı sensasion fakt açıqladı - Video

Əliyev BP-nin rəhbərinə 17 il əvvəl nə deyir? - Sensasiya

Nəcməddin Sadıqov Türkiyədə dindirilib

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla