Yuxarı

Sərhədimizdə yarım milyonluq qaçaqmal: Ələ keçdilər…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədimizdə yarım milyonluq qaçaqmal: Ələ keçdilər…

Azərbaycana qaçaqmal yolu ilə yarım milyon manatdan artıq dərman və siqaret keçirən dəstə ifşa olunub.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, hadisə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən "Qırmızı körpü" gömrük postunda baş verib.

Türkiyə vətəndaşı olan Sakit Hassan (adı və soyadı şərtidir) Azərbaycan vətəndaşı olan TIR sürücüsü Azad Əhmədovla (adı və soyadı şərtidir) ilə əlbir olaraq Türkiyədən əldə etdikləri, ümumi dəyəri 558 min 923 manat 49 qəpiklik dərman preparatları və siqareti Türkiyə sərhədindən Gürcüstana keçirərək oradan Azərbaycana gətirmək istəyiblər. Dəstə üzvləri həmin dərman və siqaretləri Türkiyədən Gürcüstana keçirərək oradan Azərbaycana gətirərkən "Qırmızı Körpü"də sərhədçilər tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, dəstə üzvləri bu dərman və siqaretləri Azərbaycanda satmaq üçün beh də alıblar.

Təqsirləndirilən şəxslər saxlanılıblar və faktla bağlı cinayət işi başlanaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Türkiyə vətəndaşı Sakit Hassan 7 il, Azərbaycan vətəndaşı Azad Əhmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Tarix
2025.08.13 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla