Yuxarı

İki manata məktəbli köynəyi satırlar, bu paltarlar… - Əzimov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki manata məktəbli köynəyi satırlar, bu paltarlar…  - Əzimov

Bakı Tikiş Evi (BTE) məktəbli formalarının qiymətlərini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında BTE-nin şöbə müdiri Etibar Əzimov deyib.

O qeyd edib ki, yeni mövsümə tam hazırdırlar:

"Qiymətlərdə də xeyli endirim etmişik. İyulun 1-dən bu endirim tətbiq olunur. 26 ölçüdən 54 ölçüyə kimi hamısı eyni qiymətdir. Qısaqollu köynəklərin qiyməti 12 manatdan 8 manata düşüb. Bu, təxminən, 33 faiz endirim deməkdir. Uzunqollu köynəklər 12 manatdan 10 manata düşüb, bu isə 17-18 faiz endirimdir. Jaketlərin qiyməti isə 30 manatdan 20 manata enib. Bu isə 33 faizlik endirimdir. Şalvar və ətəklər 20 manatdan 15 manata enib".

Şöbə müdiri vurğulayıb ki, bazarda çox sayda mənşəyi bilinməyən, keyfiyyətsiz mallar var:

"Həmin mallar çox aşağı qiymətə satılır. İki manata köynək satırlar. Normal düşünən adam anlayır ki, manat yarıma, iki manata köynək olmaz. İki-üç manatlıq köynəkdən nə çıxacaq? Bu paltarlar uşaqlarda allergiya, dəri xəstəliyi yarada bilər. Bəzi insanlar bu amilləri nəzərə almadan həmin keyfiyyətsiz paltarları alırlar. Həmin geyimləri bir dəfə yuyandan sonra tamamilə pis vəziyyətə düşür. İnsanları aldadırlar.

Qiymətləri endirdik ki, onlarla rəqabət apara bilək. Nazirlər Kabinetinin qərarına əsasən, bütün məktəbli köynəkləri 100 faiz pambıqdan olmalıdır. Biz parçaları Özbəkistandan alırıq, özümüz burada tikirik. Şalvar və ətəkləri isə Belarusdan və Türkiyədən alırıq. Onların 60 faizi yundur, 40 faizi isə poliesterdir.

Tövsiyəm odur ki, valideynlər şəhərdə tanımadıqları təsadüfi yerlərdən forma almasınlar. Çünki keyfiyyətsiz mallar uşaqlar üçün təhlükəli ola bilər. Bizim bütün məhsullarımız zəmanətlidir".

Tarix
2025.08.13 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla