Yuxarı

AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Bəhreyn Krallığının milli aviadaşıyıcısı “Gulf Air” marşrut şəbəkəsini genişləndirmək və sərnişinlərə daha çox səyahət imkanı yaratmaq məqsədilə kod-şerinq sazişini imzalayıb.

Axar.az xəbər verir ki, sözügedən tərəfdaşlıq həm turizm, həm də işgüzar səfərlər üçün əlavə imkanlar yaradaraq Azərbaycan və Bəhreyn arasında biznes, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Saziş sərnişinlərə daha geniş marşrut şəbəkəsindən faydalanmaq, aviabiletləri vahid əməliyyat sistemi çərçivəsində rahatlıqla əldə etmək və baqajlarını birbaşa son təyinat məntəqəsinə qədər qeydiyyatdan keçirmək imkanı təqdim edir.

“Bu saziş AZAL-ın qlobal marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm bir mərhələdir. Yaxın Şərqin aparıcı aviadaşıyıcılarından biri olan “Gulf Air” ilə əməkdaşlığımız sərnişinlərə marşrut seçimlərini genişləndirməyə və səyahət imkanlarını daha rahat planlaşdırmağa, eyni zamanda ölkələrimiz arasında strateji əlaqələri daha da möhkəmləndirməyə imkan verir”, – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

Uçuşlar haqqında əlavə məlumatı www.azal.azwww.gulfair.com rəsmi saytlarından əldə etmək mümkündür.

Tarix
2025.08.13 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Bakı ilə İrəvan arasında razılaşma... – Pakistan prezidenti

Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır - Foto

Zəngəzurda Rusiya sərhədçilərinin olması... - Moskva

Vahid Əhmədov Sadıqovla bağlı sensasion fakt açıqladı - Video

Əliyev BP-nin rəhbərinə 17 il əvvəl nə deyir? - Sensasiya

Nəcməddin Sadıqov Türkiyədə dindirilib

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? - Açıqlama

Azərbaycan Ukraynaya yardım göndərir - Video

Bayram Beqay İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla