Yuxarı

Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin inzibati binasının fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının odadavamlılığının yanma qrupunun müəyyənləşdirilməsi ilə bağlı sənədlər təqdim edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Qafqaz” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Tarix
2025.08.13 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Bakı ilə İrəvan arasında razılaşma... – Pakistan prezidenti

Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır - Foto

Zəngəzurda Rusiya sərhədçilərinin olması... - Moskva

Vahid Əhmədov Sadıqovla bağlı sensasion fakt açıqladı - Video

Əliyev BP-nin rəhbərinə 17 il əvvəl nə deyir? - Sensasiya

Nəcməddin Sadıqov Türkiyədə dindirilib

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? - Açıqlama

Azərbaycan Ukraynaya yardım göndərir - Video

Bayram Beqay İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla