Yuxarı

Paşinyanın ümidi Tiktoka qalıb - Marutyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Tiktok sosial platformasına keçmək və orada dövlətlə bağlı söhbətlər aparmaq qərarına gəlib. Mən bunu küçədə, məsələn, taksi sürücüsündən eşitsəm, zarafat hesab edərəm və düşünərəm ki, yazıq Paşinyana böhtan atırlar.

Axar.az “Hraparak”a istinadən xəbər verir ki, bunu ermən siyasi ekspert Serob Marutyan Paşinyanın son vaxtlar dövlət işlərini Tiktok platforması ilə aparmasına münasibət bildirərkən deyib.

O, bunu erməni xalqının faciəsi adlandırıb:

“Bunun reallıq olduğu ortaya çıxanda başa düşürsən ki, tam faciə içindəyik. İstər-istəməz Xorenatsinin məşhur “Ağlaşma”sı yadıma düşdü. Vay halınıza, erməni xalqı, çünki ölkənizin lideri tiktokerdir.

Tiktok adlı platformadan kimin istifadə etdiyini öyrənmək üçün uzun müddət internetdə axtarış apardım. Tiktoku orada qeydiyyatdan keçərək və ya bu platformada serial çəkəcək qədər ciddi qəbul edən ölkə başçısı, ciddi siyasətçi və ya dövlət xadimi tapmadım. Və burada ölkəmizin başçısı “misilsiz” olmaq qərarına gəldi. Aydındır ki, onun az və ya çox ciddi platformalardakı uğursuzluğu dərhal göz qabağındadır: Feysbuk artıq varlığı ilə onu sevindirmir, X-da çox sayda abunəçi yoxdur, yeganə ümid Tiktoka qalır”.

Tarix
2024.03.19 / 16:18
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla