Yuxarı

Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolts ölkənin xüsusi xidmət orqanlarının Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumata malik olmadığını bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə “Märkische Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

“Amma ola bilsin ki, ABŞ kəşfiyyat xidmətlərinin müəyyən məlumatı var idi. Bu cür məlumatlar olduqda digər ölkələri xəbərdar etmək ABŞ hökumətinin siyasətinin bir hissəsidir. Hətta ictimai xəbərdarlıq da etdilər. Bu dəhşətli terror aktının baş verməsi çox təəssüf doğurur”, - Şolts bildirib.

Qeyd edək ki, 7 martda ABŞ öz vətəndaşlarına təhlükəsizlik səbəbindən Rusiyaya getməmək barədə çağırış etmişdi.

22 martda Moskvadakı "Krokus Siti Holl"da baş verən terror aktı nəticəsində son məlumata görə 143 nəfər ölüb.

Tarix
2024.03.28 / 10:35
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla