Yuxarı

Moskvadakı tacik miqrantlar panika içində...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Tacikistandan olan miqrantlar evlərini tərk etməməyə çalışır, çünki “Krokus Siti Holl”da baş verən terror aktı səbəbindən deportasiyadan və ya Ukrayna müharibəsinə kütləvi göndərilməkdən qorxurlar.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, Moskvada törədilən hücumda saxlanılan 4 şübhəlinin Tacikistandan olması səbəbindən Rusiyada internetdə miqrantlara qarşı ritorika güclənib:

“Ksenofobiya ən aktiv şəkildə Rusiyanın Ukraynaya təcavüzünün tərəfdarları olan hərbi blogerlərin ictimai səhifələrində, əsasən də ifrat sağçıların postlarında yayımlanır. Nəticədə Kreml miqrantlara qarşı daha sərt tədbirlər vəd etməklə müharibə tərəfdarlarının tələblərini təmin edir, eyni zamanda cəmiyyətdə etniklərarası gərginliyin yaranmasının qarşısını almağa çalışır. Rusiya hökumətinin statistikasına görə, keçən il bir milyona yaxın Tacikistan vətəndaşı ölkədə əmək miqrantı kimi qeydiyyata alınıb. Moskvada taciklərin işlədiyi qida müəssisəsinin meneceri bildirib ki, bu əhval-ruhiyyə 2000-ci illəri xatırladır: Qafqaz müsəlmanları terror hücumları və Çeçenistandakı müharibədən sonra geniş diskriminasiya ilə üzləşiblər. Moskvadakı taciklər o qədər qorxurlar ki, heç çölə çıxmırlar”.

Bu yaxınlarda Moskvanı tərk edən tacik hüquq müdafiəçisi 25 yaşlı Saydanvar isə bildirib ki, onlar təkcə deportasiyadan deyil, həm də Ukraynadakı müharibəyə cəlb oluna biləcəklərindən qorxurlar:

“Taciklər doğrudan da qorxurlar ki, Rusiya hakimiyyəti bizim tacik xalqından qisas almaq üçün onları kütləvi şəkildə cəbhəyə döyüşə göndərməyə başlayacaq”.

Tarix
2024.03.28 / 12:52
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla