Yuxarı

Krişyanis Karinş istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib.

Axar.az xəbər verir ki, məlumatı “rus.lsm.lv” portalı yayıb.

Bildirilib ki, o, aprelin 10-da vəzifəsini tərk edəcək.

Məlumata görə, K.Karinş Latviyanın Baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

Latviya Seymi (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyi ilə bağlı səsvermə keçirəcək.

Qeyd edək ki, nazirin istefası Latviya nümayəndə heyətinin və K.Karinşin Avropa Birliyinin (AB) konfranslarında iştirakı üçün təyyarə uçuşları zamanı böyük maliyyə vəsaitinin xərclənməsi ilə əlaqədardır. Bu xərclər dövlət və AB büdcəsindən ödənilib. Nəticədə Latviya Baş Prokurorluğu araşdırmalara başlayıb.

Xatırladaq ki, K.Karinş 2023-cü ilin sentyabrında xarici işlər naziri vəzifəsinə təyin edilib. O, 2019-2023-cü illərdə Latviyanın Baş naziri olub.

Tarix
2024.03.28 / 16:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla