Yuxarı

Bu ölkədə müharibə: 6 milyon insan evini tərk etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasının şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb. Belə ki, son iki ildə 6 milyona yaxın insan evini tərk etməyə məcbur olub.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki missiyasının yaydığı məlumatda deyilir.

“Şimali Kivu, Cənubi Kivu və İturi əyalətlərində iki ildir davam edən münaqişə 5,7 milyon insanın evini tərk etmək məcburiyyətində qalmasına gətirib çıxarıb. Yalnız fevralın 7-də döyüşlər başlayandan bəri Masisi bölgəsində, demək olar ki, 300 min insan Qoma şəhəri ətrafındakı ərazilərə qaçıb. Döyüşlərdə ağır artilleriyadan istifadənin artması xüsusilə narahatedicidir. Ümumilikdə, 25,4 milyon insanın köməyə ehtiyacı var”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, ölkədə silahlı üsyançılarla hökumət qüvvələri arasında mütəmadi toqquşmalar yaşanır.

Tarix
2024.03.28 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla