Yuxarı

Atəşkəsdən sonra ilk telefon danışığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atəşkəsdən sonra ilk telefon danışığı

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon əlaqəsi ABŞ tərəfinin təşəbbüsü ilə həyata keçirilib:

"Tərəflər Suriyada atəşkəsin təmin olunmasını məmnuniyyətlə qarşıladılar. Eyni zamanda, Kerri və Lavrov atəşkəsə tam əməl edilməsi üçün Rusiya və ABŞ arasında hərbi koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğuladılar. Suriyaya Beynəlxalq Dəstək Qrupunun iştirakı ilə Suriyadakı böhranın siyasi həll prosesinin yenilənməsi mövzusuna da toxunuldu. Həmçinin tərəflər ABŞ və Rusiya arasında sıx əməkdaşlığın önəmini də qeyd etdilər".

Eyni zamanda Kerri və Lavrov arasında Şimali Koreyanın təhlükəli nüvə fəaliyyətinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının hazırlayacağı qərarların da müzakirə edildiyi bildirilib.

Tarix
2016.02.27 / 23:12
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla