Yuxarı

Rotşild: “Dünya iqtisadiyyatı bu il də...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya iqtisadiyyatı və maliyyə bazarlarındakı situasiya bu il də pisləşməyə davam edəcək.

Axar.az xəbər verir ki, bunu öz müştərilərinə göndərdiyi məktubda "RİT Kapital Partners" şirkətinin Direktorlar Şurasının məşhur rəhbəri Ceykob Rotşild söyləyib. Onun sözlərinə görə, bu pisləşmə daha çox neftin qiymətindən asılı olan ölkələrdə özünü göstərəcək:

"Biz fırtınanın düz ortasında qala bilərik. Son illər ərzində inkişafda olan ölkələrin bir çoxunun götürdüyü kreditlər dolların güclənməsi və neft bazarındakı çöküş ucbatından daha da bahalaşıb. Braziliya, Rusiya, Nigeriya, Ukrayna və Qazaxıstan kimi ölkələr artıq buna görə ciddi çətinliklərlə üz-üzədirlər. Xüsusilə Avropa Birliyi və ABŞ iqtisadiyyatının artımı açıq şəkildə zəifləyib. Üstəlik, risklər Yaxın Şərq böhranı, Böyük Britaniyanın Avropa Birliyindən çıxma imkanları ucbatından daha da artır".

Qeyd edək ki, Rotşildlər dünyanın ən varlı ailələrindən hesab olunur. 19-cu əsrdə demək olar ki, Avropa maliyyə bazarlarının böyük hissəsinə təsir edən bu ailə hazırda da köhnə qitədə ən böyük banklar və transmilli şirkətlərin sahibidir. Rotşildlər həmçinin indiyə qədər öz varidatlarının nə qədər olduğunu açıqlamayıblar.

Tarix
2016.03.11 / 15:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla