Yuxarı

Putini sülhə məcbur etməyin bir yolu var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin öz rejiminə, xüsusən də Rusiya Federasiyasındakı daxili etiraz hərəkatına qarşı təhlükə hiss etməyincə, Ukrayna ilə danışıqlar masasına əyləşməyəcək.

Axar.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məlumata görə, buna nail olmaq üçün Qərb Ukraynanı gücləndirməli və Kreml ətrafındakı sanksiyaları sərtləşdirməlidir.

Almaniyanın Moskvadakı keçmiş səfiri Rüdiger von Friç bildirib ki, hazırda Putin bu müharibəni bitirməkdə qətiyyən maraqlı deyil, çünki o, Ukraynaya qarşı aqressivliyinin sonunda mükafatlandırılacağını gözləyir.

O, Putinin daxildə baş verə biləcək etirazlardan qorxduğunu qeyd edib:

"Və siz onu buna aparmalısınız. Bu qənaətə gəlsə, danışmağa hazır olacaq. Bunu necə əldə etmək olar? Ukraynanı gücləndirin və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edin".

Tarix
2024.07.01 / 08:30
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

ABŞ-a Bakı və İrəvan arasında təcili sülh lazımdır – Badalyan

Azərbaycan Hindistana başsağlığı verdi

Bakı - İrəvan danışıqları bizim üçün prioritetdir - ABŞ

NATO generalı Bakıda isti mesajlar verdi

İran səfirliyi Azərbaycana təşəkkür etdi

Putin İlham Əliyevlə danışıqlar aparacaq

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla