Yuxarı

Pezeşkian separatçı və pantürkistdir - Fars professor

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsud Pezeşkian separatçı, pantürkist və ölkədə separatizmi, pantürkizmi açıq şəkildə təbliğ edən şəxsdir. Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) bu adamın namizədliyini təsdiq etməsində şübhəli məqamlar var.

Axar.az xəbər verir ki, bu sözləri Amerikanın Rutgers Universitetinin professoru və bu universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru iranlı (fars) Huşəng Əmir Əhmədi deyib.

“Pezeşkian çəkinmədən türk və azərbaycanlı olduğunu deyir, etnik məsələləri qabardır və bunu təbliğ edir. Azərbaycanda türk dilində çıxış edir, bölgədə pantürkizmin cövlan elədiyi bir vaxtda, İbrahim Rəisinin həlak olduğu bir yerdə çəkinmədən türk olduğunu deyir, bu adamın seçkilərə buraxılması təhlükəlidir”,- professor “dərin narahatlıq”la bildirib.

O, bundan əvvəl Məhəmməd Xatəmi dövründə İranın federallaşması barədə çıxışları xatırladıb və Məsud Pezeşkianın seçkilərə buraxılmasını həmin planın davamı adlandırıb, bunun İranın parçalanmasına xidmət etdiyini iddia edib.

Qeyd edək ki, Huşəng Əmir Əhmədi radikal fars miliyyətçiliyi və şahçılıq cərəyanına mənsub olan tanınmış nəzəriyyəçilərdən biri sayılır.

Tarix
2024.07.03 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Orban Füzuliyə gəldi

Erməni bloger ad gününü Azərbaycanda keçirdi - Video

Hikmət Hacıyev Şuşadan paylaşım etdi

Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan

“Naxçıvanpoçt”un direktoru işdən çıxarıldı

General-polkovnik istefaya getdi, yeni komandan o oldu

Əliyev Ərdoğana demişdi, bu gün etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla