Yuxarı

60 ildən sonra Moskva Krasnodara dönəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

60 ildən sonra Moskvanın iqlimi indi Krasnodar üçün xarakterik olan iqlimə bənzəyəcək.

Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, bu nəticəyə Merilend Universitetindən amerikalı ekoloq Metyu Fitzpatrik gəlib və o, 2080-ci ilə qədər onların hava şəraitini təsvir edən 40 min yaşayış məntəqəsinin xəritəsini tərtib edib.

Ekspertin fikrincə, qlobal istiləşmə ilə əlaqədar Rusiya paytaxtında o vaxta qədər yaylar indikindən 6,2 dərəcə isti və 3,2 faiz quru, qışlar isə 7,2 dərəcə isti və 25,9 faiz rütubətli keçəcək.

Fitzpatrik qeyd edib ki, oxşar vəziyyət Şimal yarımkürəsinin digər şəhərlərində də müşahidə olunacaq. Beləliklə, Murmansk hava baxımından müasir Sankt-Peterburqa bənzəyəcək. Bundan əlavə, ekstremal təbiət hadisələrinin - qasırğalar, çovğunlar, tornadoların baş vermə ehtimalı artacaq.

Ekoloq qeyd edib ki, ən pis vəziyyət hazırda dünya əhalisinin təxminən 40 faizinin, yəni 3,3 milyarddan çox insanın yaşadığı ekvatorda yerləşən regionlarda olacaq. Onların hamısı indikindən daha ekstremal iqlimlə üzləşəcək.

Tarix
2024.07.09 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla