Yuxarı

Xərçəng xəstələri üçün yeni ümid: süni intellekt...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çoxyönlü süni intellekt modeli hazırlayıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, süni intellekt modelini Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən “SenseTime” şirkətinin tədqiqatçıları ərsəyə gətiriblər. Onlar bunun üçün təxminən 300 min rəqəmsal patoloji təsvirdən istifadə ediblər.

Tədqiqatçılar çox yönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyini ifadə ediblər. Həmçinin buraya pan-xərçəng təsnifatı, lezyonların tanınması, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi də daxildir.

"PathOrchestra" adlandırılan çox yönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqliklə diaqnoz qoyub.

Tətbiqin Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisi olduğu vurğulanıb.

Tarix
2024.07.19 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla