Yuxarı

Türkiyədən Montellaya irad: Kipr məsələsinə əngəl...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

AB-nin “üzvlük həmrəyliyi” adı altında Kipr məsələsinə təktərəfli münasibəti, adanın hazırkı gerçəklərini gözardı etməsi problemlərin həlli üçün yeni zəmin yaranmasına əngəl törədir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilən Roberto Montellaya təbrik məktubunda bildirib.

Qurtulmuş Montellanın AP seçkilərindən öncə Baş Assambleyada baş tutan çıxışını xatırladıb:

“Çıxışınızda Türkiyənin “namizəd ölkə” statusuna istinad etməməyinizə, həmçinin Kipr məsələsi kontekstində bəyanatlarınıza görə təəssüf etdiyimi bildirmək istəyirəm. Bütün tərəflərin səylərini düzgün istiqamətə yönəltməsi və Kipr probleminin həllinə səmimi şəkildə töhfə verməsi vacibdir. Qarşıdakı dövrdə Avropa Parlamenti də daxil olmaqla, bütün AB qurumlarının Türkiyə ilə münasibətlərini öhdəliklərə sadiq qalmaq prinsipi çərçivəsində ədalətli və nəticəyönümlü bir yanaşma əsasında qurmalarını, əlaqələrimizi çıxmaza salan siyasət və müzakirələrdən qaçmalarını gözləyirik”.

Tarix
2024.07.27 / 17:15
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla