Yuxarı

Ermənistan Rusiya bazarından xaric edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan gələn tərəvəz və meyvələrdə pestisidlərin miqdarı normadan çox olduğu üçün Rusiya bazarlarından xaric edilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, qərar ölkə bazarlarına nəzarət edən “Rosselxoznadzor” tərəfindən verilib.

İdarənin məlumatında deyilir ki, aşkarlanan uyğunsuzluq 8 qatdır və bu il gətirilən kənd təsərrüfatı məhsullarının demək olar ki, yarısı nəzarətə təqdim edilməyib.

Bununla əlaqədar olaraq, xidmət qanun pozuntusuna yol vermiş tədarükçülərə fitosanitar sertifikatların verilməsini dayandırmaq tələbi ilə İrəvana rəsmi məktub göndərib.

Bildirilib ki, avqust ayında “Rosselxoznadzor”un mütəxəssisləri Rusiya üçün nəzərdə tutulan məhsulların emalı, saxlanması və istehsal sahələrini yoxlamaq üçün ölkəyə səfər edəcəklər. Məhsullarla bağlı normativlər qaydasında olarsa, Ermənistan öz məhsullarını Rusiya bazarına təkrar ixrac edə biləcək.

Qeyd edək ki, bu il ərzində İrəvan Rusiyaya təxminən 80 min ton meyvə və tərəvəz tədarük edib ki, bu da bir il əvvəlkindən 7 ton çoxdur. Onların arasında ərik, pomidor, alma və bibər var.

Tarix
2024.07.27 / 17:36
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla