Yuxarı

Cüdo yığmamız Avropa çempionu oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdo yığmamız Avropa çempionu oldu

Bu gün Tallində (Estoniya) gənclər arasında cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışları başa çatıb.

Axar.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması turnirin qalibi olub.

Millimiz mübarizəyə 1/8 finalda Bolqarıstanla start verib və rəqibini 4:1 hesabı ilə məğlub edib. Növbəti görüşdə cüdoçularımız Türkiyə ilə üz-üzə gəliblər. təmsilçilərimiz 4:0 hesabı ilə üstün olaraq, yarımfinala vəsiqə qazanıblar. Burada Niderlanddan 4:2 hesabı ilə güclü olan yığmamız adını finala yazdırıb.

Komandamız həlledici görüşdə Fransa ilə qarşılaşıb. 4:3 hesabı ilə qələbə qazanan millimiz Avropa çempionu tituluna yiyələnib. Finalda Vüsal Qələndərzadə (73 kq), Alan Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) qələbə qazanıb, Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) isə uduzub. Nəticədə qalibi müəyyən etmək üçün həlledici görüş keçirilib və Fidan rəqibini məğlub edərək, ölkəmizin qızıl medal qazandırıb.

Qeyd edək ki, komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub. Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Tarix
2024.09.08 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla