Yuxarı

Onlar Paşinyanın Göyçədəki iqamətgahında toplaşdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasının üzvləri Baş nazir Nikol Paşinyanın Göyçədəki iqamətgahında toplaşıblar.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr iddia edir ki, “Paşinyan ailəsinə çox xərc düşməməsi üçün” qonaqlar hərəsi 25 min dram (təxminən 107 manat) xərcləyib.

Məlumata görə, budəfəki toplantı əvvəlkilərdən fərqlənib. Belə ki, hansısa ciddi danışıqlar olmayıb, yalnız əyləncə formatında keçib. Tədbirə DJ dəvət olunub, partiya üzvləri rəqs edib, əyləniblər.

Paşinyan qonaqlara otaqları, hamam-tualeti, manqal sahəsini və digər hissələri göstərib.

Daha sonra Ermənistan baş naziri partiya üzvlərini qayıqla Sevan (Göyçə gölü – red.) səyahətinə çıxarıb.

“Hraparak” yazır ki, Paşinyan bununla ölkədə keşiş Baqrat Qalstanyanın etirazlarının gözlənildiyi vaxtda “hər şey qaydasındadır, narahat olmağa heç bir əsas yoxdur” mesajını verib.

Tarix
2024.09.10 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

Qarabağla bağlı yeni təxribat planının detalları: iki gün sonra...

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü - Video

Paşayevin Rusiyada saxlanılma anı - Video

Rusiya İK-dən Paşayevin həbsi haqda açıqlama

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla