Yuxarı

Zelenski ilk dəfə Qələbə planını açıqladı – Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Ali Radasına Qələbə planını təqdim edib. Planda müharibədə qalib gəlməyə kömək edəcək hərbi, iqtisadi və siyasi xarakterli məqamlar yer alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Zelenski Qələbə planının 5 bənd və üç gizli əlavədən ibarət olduğunu deyib:

“Bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı ikinci işğalın qarşısını almaq üçün müharibənin bitməsindən sonrakı vaxta aiddir.

1-ci bənd – Geosiyasət: burda Ukraynaya NATO-ya dəvət göndərilməsi təklif olunur. Kiyevin NATO-ya dəvət edilməsi faktı həqiqətən fundamental sülhə çevrilə bilər. Çünki NATO-ya üzvlük indinin yox, gələcəyin məsələsidir.

2-ci bənd - Müdafiə: İkinci bənddə döyüşçülərimizin bu cür gücünü dəstəkləyə bilən silahların dəqiq siyahısı var. Kursk əməliyyatı sayəsində gördük ki, ordumuz təzyiq etdiyi halda Vladimir Putinin dayanmaq üçün kifayət qədər gücü yoxdur.

3-cü bənd – Qarşısını alma: Üçüncü bənddə ABŞ-a və bəzi Avropa dövlətlərinin rəhbərlərinə verilmiş gizli əlavə var. Kiyev ərazisində Ukraynanı Rusiyadan gələn istənilən hərbi təhlükədən qorumaq üçün kifayət edəcək hərtərəfli qeyri-nüvə strateji çəkindirici paketi yerləşdirməyi təklif edir.

4-cü bənd – İqtisadiyyat: Burda yalnız müəyyən tərəfdaşlara ötürülən gizli təklif var. Ukrayna təbii ehtiyatlara, o cümlədən trilyonlarla dollar dəyərində kritik metallara ev sahibliyi edir. Bunlar, xüsusilə, uran, titan, litium, qrafit - ya Rusiya və müttəfiqlərini, ya da Ukrayna və demokratik dünyanı qlobal rəqabətdə gücləndirəcək strateji qiymətli resurslardır. Bu, Rusiyaya qarşı mövcud iqtisadi təzyiq sistemini, yəni Rusiyaya qarşı bütün mövcud sanksiyaları, neftin qiymətinə məhdudiyyətləri, ölkəyə ixraca məhdudiyyətləri və digər təzyiq tədbirlərini tamamlayacaq və gücləndirəcək.

5-ci bənd – Təhlükəsizlik: Müharibədən sonrakı dövr üçün nəzərdə tutulan beşinci bənd, tərəfdaşlar razılaşarsa, Avropada yerləşən ABŞ qüvvələrinin müəyyən kontingentini Ukrayna silahlı qüvvələrinin əsgərləri ilə əvəz etməyi təklif edir. Bu Ukrayna təcrübəsindən bütün Alyansın müdafiəsini gücləndirmək və Avropanın təhlükəsizliyini təmin etmək üçün istifadə edilməlidir”.

Tarix
2024.10.16 / 14:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla