Yuxarı

Zelenskinin Qələbə planı - Qızğın müzakirə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda NATO üzvləri arasında Ukraynanın alyansa dəvət edilib-edilməməsi ilə bağlı müzakirələr gedir. Amma hələlik bu məsələdə konsensus yoxdur.

Axar.az xəbər verir ki, bunu Bayden administrasiyasının yüksək vəzifəli məmuru deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqladığı planın (Qələbə planı) müxtəlif elementləri ilə bağlı fəal müzakirə gedir:

“Bu müzakirə Baydenlə həm Ukrayna dövlət başçısının ABŞ-a səfəri zamanı, həm də dünən telefon danışığı zamanı olub. Hazırda planın əlavə hərbi yardımın təmin edilməsi baxımından müəyyən məqamları həyata keçirilir. Lakin Ukraynanın NATO-ya dəvəti ilə bağlı bu məsələdə konsensus yoxdur”.

Amerikalı rəsmi bildirib ki, NATO müttəfiqləri arasında dəvətlə bağlı mübahisələr gedir:

“Hazırda Ukraynaya dəvət təklif edib-etməmək barədə konsensus yoxdur. Ancaq bildiyiniz kimi, cəmi bir neçə ay əvvəl - iyulda NATO sammitində 32 müttəfiqin hamısı təsdiqlədi ki, Ukrayna üzvlüyə doğru dönməz yoldadır. Beləliklə, sual bu yolu necə təşviq etmək və növbəti addımlarda konsensusa necə nail olmaq taktikasıdır”.

Tarix
2024.10.18 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvana sülh sazişi üzərində işi tamamlamaq üçün təklif...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri…

Bayramovdan Zəngəzur açıqlaması: Tezliklə...

Bayramov “3+3” nazirlərinin toplantısında çıxış etdi

Bitdi: İsrail qalib gəldiyini elan edə bilər

Mirzoyan: Azərbaycanla sadələşmiş sərhəd və gömrük…

Bu keçid məntəqəsinə nəzarət Ermənistana keçir

İsrail səfirliyi də Azərbaycanı təbrik etdi

Ukrayna Azərbaycana şərt qoydu

Bayramov Fidanla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla