Yuxarı

Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:03

Oktyabrın 18-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağır.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 38 mm, Zaqatalada (Əlibəy) 35 mm, Gədəbəydə 31 mm, Şəkidə 26 mm, Gəncədə 20 mm, Şahdağ, Daşkəsəndə 18 mm, Qusarda 17 mm, Göygöldə 15 mm, Oğuz, Sədərəkdə 14 mm, Şəmkir, Qəbələdə 13 mm, Qubada 12 mm, Tovuz, Balakəndə 11 mm, Qrız, Şahbuzda 10 mm, Şərurda 8 mm, Bərdə, Naftalanda 7 mm, Tərtər, Yevlax, Ağdam, Mingəçevir, Naxçıvan, Kəlbəcər, Şamaxı, Xaltan, Göyçay, Ağstafa, İsmayıllı, Qobustan, Ağdam, Zəngilan, Zərdab, Goranboy, Sabirabad, Şabran, Altıağac, Culfa, Füzuli, Şuşa, İmişli, Neftçala, Salyan, Biləsuvar, Ağsu, Ağcabədi, Ordubad, Ceyrançöl, Xaçmaz, Xınalıqda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Lerik, Göygöl, Gəncə, Balakən, Şəki, Qəbələ, Altıağac, Sumqayıt, Şəmkir, Qax, Oğuz, Şamaxı, Qobustan, Qusar, Yevlax, Göyçayda duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlbəcər, Goranboyda 19 m/s, Mingəçevir 18 m/s, Ağdam 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

***

Yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı, Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Tarix
2024.10.18 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla