Yuxarı

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.

Axar.az xəbər verir ki, saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb.

Müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.

Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.

Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.

Tarix
2025.06.18 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla