Yuxarı

Palata AMEA ilə bağlı prokurorluğa müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, Azərbaycan Respublikasının Kosmik Agentliyi” publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı”, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi”nə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul edilib.

Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.

İclasda həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Tarix
2024.10.18 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov

Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla